Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:35

Saatlıda sərnişin avtobusu aşıb


Saatlıda baş vermiş yol qəzasında iki nəfər yaralanıb.

APA-nın rayon polis şöbəsinə istinadla verdiyi məlumata görə, Azər Dadaşovun idarə etdiyi “Hyundai” markalı avtobus bu gün saat 16.00 radələrində rayon mərkəzində “KamAZ” markalı maşınla toqquşaraq aşıb.

Nəticədə Azər Dadaşovun qılçası sınıb, avtobusda olan 3 yaşlı sərnişin İbadət Əliyev isə kəllə-beyin travması alıb.

İbadət Əliyevin vəziyyəti ağır olduğundan o, Bakıdakı Neyrocərrahiyyə Mərkəzinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG