Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

Bayrağı eyvandan asmaq...niyə olmaz?


Soros Fondunun «İfadə Azadlığı və KİV» proqramlarının rəhbəri Rövşən Bağırov və «Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev
Soros Fondunun «İfadə Azadlığı və KİV» proqramlarının rəhbəri Rövşən Bağırov və «Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev
«Bizim cəmiyyətdə ifadə azadlığı sahəsində müəyyən problemlər var. Odur ki, bu məsələ müzakirə olunmalıdır».

AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan Soros Fondunun «İfadə Azadlığı və KİV» proqramlarının rəhbəri Rövşən Bağırov bu fikirdədir.

BAKIDA İFADƏ AZADLIĞI FORUMU KEÇİRİLƏCƏK


Sentyabrın 8-dən Bakıda keçiriləcək və bir neçə gün davam edəcək İfadə Azadlığı Forumunun təşkilatçılarından olan Soros Fondunun təmsilçisinin sözlərinə görə, İfadə Azadlığı təkcə söz azadlığı ilə məhdudlaşmır:

«İfadə Azadlığı deyərkən həm sərbəst toplaşmaq azadlığı, həm dini azadlıq, həm də digər azadlıqlar nəzərdə tutulur».

Rövşən Bağırovun fikrincə, söz azadlığı ilə bağlı da ölkədə problemlər mövcuddur:

«Problemlər olduqda isə, onu müzakirəyə çıxarmaq, səbəblərini araşdırmaq lazımdır. Bu, cəmiyyətimizi daha sağlam, daha güclü edər».

İFADƏ AZADLIĞI BOĞULAN İNSAN KÖLGƏDİR...


«İnsan özünü ifadə etməklə digər bioloji varlıqlardan fərqlənir. Özünü ifadə edə bilməyən insan adi bir kölgədir. Kölgə kimi, rəngsiz, dadsız, iysizdir».

Forumun təşkilatçılarından biri «Yeni Nəsil» Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev belə deyir. Onun fikrincə, ifadə formalarından ən mühümü sözdür:

«Amma insan özünü hərəkətlərlə də, emosiyalarla da, hislərlə də ifadə edə bilir. Bunların məcmusu isə ifadə formalarıdır və söhbət ifadə azadlığından gedəndə, insan uğurlu bildiyi üsullarla özünü realizə edə bilməlidir».

İFADƏ AZADLIĞI DAHA ÇOX POZULUR...


Arif Əliyevin fikrincə, indi ölkədə ifadə azadlığı söz azadlığından daha aktual məsələyə çevrilib:

«Bəlkə də, söz azadlığı daha az pozulur, nəinki insanların birləşmək azadlığı, kütləvi şəkildə razılığını və ya narazılığını ifadə etmək azadlığı».

Ekspert deyir ki, indi Azərbaycanda hər hansı tədbirdə fərqli geyimdə ortaya çıxmaq özü də böyük bir problem yaradır:

«Və yaxud dinlə bağlı bir az fərqli bir formada, mənim də xoşuma gəlməyən formada düşünən və yazanı (Rafiq Tağı) zindana salmaq kimi faktlar varsa, demək, problem də mövcuddur».

AZƏRBAYCAN BAYRAĞINI EYVANDAN ASMAQ... NİYƏ OLMAZ?

Arif Əliyev təzəcə qayıtdığı İspaniyada gördüyü bir müşahidəni də dinləyicilərlə bölüşdü:

«Orada ispan bayrağına olan məhəbbət və onun ifadə forması məni heyrətləndirdi. Kimi balkondan asır, kimi pəncərədən. Hər dəfə yadıma, bilirsiniz, nə düşürdü? Media Hüquqları İnstitutunun direktoru (Rəşid Hacılı) deyirdi ki, ofisin balkonundan Azərbaycanın bayrağını asmışdım, polis gəlib çıxardı. Dedi ki, sən bununla nə demək istəyirsən?».

Arif Əliyevin fikrincə, bu, ifadə azadlığına qoyulan qadağaların ən bariz nümunəsidir.


--Rövşən Bağırov niyə indiyədək «bu formada Forum Azərbaycanda keçirilməyib» dedi?
--Təşkilatçılar hansı yeni metodlardan istifadə edəcəklər?
--Forumun başlıca tədbiri olan Beynəlxalq konfransa kimlər qatılacaq?
--Hansı halda demək olar ki, Forum uğurlu keçdi?
--Adi vətəndaşa bu Forum nə verir?
«Can Bakı»nı dinləsəniz, həm bu suallara cavab alacaqsınız, həm də qonaqların sizin soruşduqlarınıza cavabını eşidə biləcəksiniz.

Buna da bax:

XS
SM
MD
LG