Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:37

Pensiyaların son artımı üçün əlavə 50 milyon manat tələb olunur


Azərbaycan prezidentinin pensiyaların baza hissəsinin 13,3% artırılaraq 75 manatdan 85 manata yüksəldilməsi barədə verdiyi sərəncamdan 1 291 200 nəfərə yaxın pensiyaçı yararlanacaq.

«APA-ECONOMICS»in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib ki, bu ilin iyul ayının 1-ə olan məlumata əsasən, ölkədə 1 291 139 nəfər pensiyaçı var. İlin sonunadək pensiyaçıların sayının 1 291 308 nəfərə çatacağı gözlənilir.

S.Müslümov bildirib ki, 2010-cu ilin sonunadək bu pensiyaların maliyyələşdirilməsi üçün əlavə 50 mln. manat vəsait tələb olunur. Pensiyaların maliyyəlışdirilməsində hec bir problem yaranmayacaq.

Artımların yaxın gələcəkdə də davam edəcəyini söyləyən S.Müslümov qeyd edib ki, bu artımdan sonra Azəraycanda əmək pensiyalarının baza hissəsi 106 dolara çatıb.
XS
SM
MD
LG