Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 16:45

Obama «İraqın Azadlığı Əməliyyatının»rəsmən başa çatdığını elan edib


ABŞ prezidenti Barak Obama İraqda döyüş əməliyyatların rəsmən başa çatdığını elan edib. Televiziya ilə yayımlanan müraciətində Obama bildirib ki, müharibə zamanı amerikalı və iraqlıların tələfatından sonra «indi səhifəni çevirmək zamanıdır».

ABŞ prezidenti «İraqın Azadlığı Əməliyyatının» başa çatdığını və ölkədə təhlükəsizliyi təmin etmək məsuliyyətinin İraq xalqının üzərinə düşdüyünü deyib.

Barak Obama 2008-ci ildə seçki kompaniyası dövründə amerikalılara vəd vermişdi ki, prezident seçiləcəyi təqdirdə müharibəni başa çatdıracaq. Baxmayaraq ki, döyüş əməliyyatlarının bitdiyi élan olunub, ABŞ-ın hələ də İraqda 50 minə yaxın hərbçisi qalıb. Onlar İraqın təhlükəsizlik qüvvələrinə və milli orduya təlimlər keçəcək.

Birləşmiş Ştatların İraqdan bütün qüvvələrini 2011-ci ilin sonunadək çıxaracağı planlaşdırılır.
XS
SM
MD
LG