Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 08:40

Ombudsman bölgələrdə ictimai dinləmələr keçirib


Avqustun 31də ombudsman Elmira Süleymanova «İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı»nın (MFP) icra vəziyyəti ilə əlaqədar Tərtər rayonunda ictimai dinləmələr keçirib.

E. Süleymanova «MFP-nın tətbiqi vəziyyəti, insan hüquqlarının müdafiəsi sahəsindəki islahatlar və perspektivlər» mövzusunda məruzə edib, özünün bu sahədəki fəaliyyəti barədə ətraflı məlumat verib, hüquq-mühafizə orqanları və məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı, 95 saylı Tərtər seçki dairəsi komissiyasının sədri MFP-nin icrası, eləcə də vətəndaşların seçki hüququnun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat veriblər. Sonda müzakirələr olub. /AzərTAc

XS
SM
MD
LG