Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Məşhur yazıçı 15 milyon dollarından keçdi


Uşaqlar üçün məşhur “Harri Potter” kitablarının müəllifi, britaniyalı yazıçı Coan Roulinq xeyriyyə məqsədlərinə 15 milyon dollar ayırıb.

Həmin pula Şotlandiyanın Edinburq Universitetində dağınıq skleroz xəstəliyi ilə mübarizə üçün klinika tikiləcək.

Yazıçının anası həmin xəstəlikdən 45 yaşında vəfat edib.

Bu xəstəlik cavan adamlarda yaranır, baş və onurğa beyini zədələyir, beynin yaddaş funksiyasını, görmə qabiliyyətini, nitqi pozur, əllər-ayaqlar zəifləyir.

Klinikada belə xəstələr həm müalicə ediləcək, həm də xəstəliklə mübarizə üçün tədqiqatlar aparılacaq.

Yazıçı deyib ki, “klinikanın sinir sisteminin bərpası sahəsində dünyanın aparıcı elm və müalicə mərkəzinə çevriləcəyinə ümid edir”.

Klinika yazıçının anası Anna Roulinqin adını daşıyacaq.

Edinburq Universiteti bildirib ki, bu, onların indiyəcən aldığı ən böyük iyanədir.

Roulinq uzun müddətdir Şotlandiyanın paytaxtı Edinburqda yaşayır.

Anna Roulinq 1990-ci ildə vəfat edib, onun qızı Coan sehrbaz oğlan haqqında məşhur əsərlərini yazıb varlanmamışdan qabaq.

C.Roulinq öz kitablarının gəliri ilə milyarder olmuş ilk qadındır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG