Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Günəşli yurdumun kədərli qızı


Əli Əkbər
Əli Əkbər













Ey günəşli yurdumun,
Qəmgin, kədərli qızı.
Bilirəm, yalanı sevmirsən,
Xəyanəti bağışlamırsan.

Ən pis xasiyyətin,
Ürəyi açıq olmağındır.
Ən yaxın rəfiqən,
Sevimli ağbirçək anandır.
Bu da hamıya əyandır.

Bu nə zamandır?!
Bəs bu nədir, nə işdir,
Bəs bu nədir, nə işdir?!
Əyninə "bronjilet" kimi,
Kitayski lifçik geyinmisən,
Hardan almısan bu gözəl-göyçək kitayski lifçiyi?
Sədərək yarmarkasından?
Binə bazarından?
Yoxsa analoqu olmayan;
İqtisadi inkişafımızın bariz nümunəsindən,
Yəni yeraltı keçidimizdən?

Bu nə sirdir ilahi,
Nə qədər inci saflığı olsa da suda,
Artıq içiləndə, dərd verir o da.
Bu nə lifçikdir ilahi,
Dərdə düşdüm billahi,
Yalvarıram açılmır,
Qışqırıram açılmır,
Diz çökürəm açılmır,
Yalayıram açılmır.

Sən nə yamansan a lifçik,
Adam yıxansan a lifçik,
Az qalıb ömrün sənin,
İndi mən xəncərimi çıxardıb,
İsgəndər Zülqərneyn Qordi düyününü
Doğradığı kimi, səni də doğrayacağam!
LİFÇİK!

Səni sənsiz açacacağam,
Elə sənin ajığına!

Seymur Baycan
Əli Əkbər
http://alekper-aliyev.livejournal.com/16566.html
XS
SM
MD
LG