Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:51

Rusiyanın Belorusdakı səfirliyinə qumbara atılıb


Rusiyanın Belorusdakı səfirliyinin binasına naməlum şəxslər iki əl qumbarası atıb. İtki yoxdur. Əl qumbaraları səfirliyin həyətinə atılıb.

Rusiya Xarici İşlər Nazirliyi hadisə ilə ətraflı araşdırma tələb edib.

Nazirliyin bəyanatında bildirilir ki, bu hücum səfirliyin normal işləməsinə mane olmaq və Rusiya-Belorus əlaqələrini zəiflətmək məqsədilə edilib.

Rusiya Xarici İşlər Nazirliyi gələcəkdə oxşar hücumların olmaması üçün Belorus polisinin lazımı tədbirlər görəcəyinə ümid etdiyini də bildirib.

Polis araşdırmaya başlayıb.

XS
SM
MD
LG