Fransa hökuməti Fransada qanunsuz yaşayan, qaraçılar kimi tanınan romalıların ölkədən çıxarılmasını davam etdirəcək.
Fransanın miqrasiya naziri Erik Besson qanunvericilikdə yeni dəyişikliklər olunacağını bildirib. Yeni qanun layihəsi parlamentə sentyabrda təqdim olunacaq.
Fransanın daxili işlər naziri Bris Ortfö isə bildirib ki, Parisdə hər beş oğurluqdan birini Rumıniyadan gələn qanunsuz miqrantlar törədir.