Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:24

Prezident idmançıları pulla mükafatlandırdı


Prezident İlham Əliyev Yeniyetmələrin I Olimpiya Oyunlarında qalib gələn idmançılar və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama görə həmin yarışlarda birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə isə 15 min manat pul mükafatı veriləcək.

Avqust ayında Sinqapurda Yeniyetmələr arasında keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan 5 qızıl, 3 gümüş medal qazanıb.
XS
SM
MD
LG