Rəqiblərindən «Tehranın cəlladı» adını alan İranın sabiq baş prokuroru Səid Mortazavinin toxunulmazlıq statusu ona qarşı ittihamlar irəli sürməyə mane olurdu.
Səid Mortazavi fəaliyyəti dövründə 60-dan çox qəzeti bağlayıb, bir çox siyasi fəalın və jurnalistin həbsinə qərar verib, hətta 2003-cü ildə İranda kanadalı fotojurnalist Zəhra Kazımiyə işgəncələr verilməsində iştirak edib.
Zəhra Kazımi istintaq zamanı ölüb. Mortazavi 2009-cu ildə prezident seçkiləri zamanı Kəhrizakdakı aksiyalarda həbs edilən 3 nəfərin ölümündə də günahlandırılır. O, prezident Əhmədinejadın tərəfdarı kimi tanınır.
İran parlamentinin hesabatında bildirilirdi ki, Mortazavi 147 məhbusun dörd gün 70 kv.m-lik otaqda ventilyasiya və istilik sistemi qoşulmadan, ac-susuz saxlanmasına şəxsən qərar verib.
TOXUNULMAZLIQ STATUSU GÖTÜRÜLDÜ
Amma indi görünür, Tehranın qorxulu keçmiş baş prokuroru öz əzabkeşləriylə görüşəcək. Ali dini lider Ayotalla Xamneyilə əlaqələrinə çox güvənən Mortazavinin üzərindən toxunulmazlıq statusu götürülüb.
Mortazavinin statusunun götürülməsi həm də ali dini lider Xamneyinin zəngindən sonra Əhmədinejadın spiker Əli Laricani və onun İran Ədliyyəsinin rəhbəri olan qardaşı Sadiq Laricaniylə görüşüylə üst-üstə düşüb.
Belə bir fərziyyə irəli surülüb ki, Əhmədinejad rəqiblərinin ittihamlarının qarşısında Mortazavini qurban verib. Böyük Britaniyadakı Birmingem Universitetinin İran məsələləri üzrə eksperti Skott Lukas inanır ki, bu iki hadisə təsadüfən üst-üstə düşməyib və Kəhrizak hadisələrinin nəticələrini neytrallaşdırmağa yönəlib.
Kəhrizak etiraz aksiyaları zamanı qaynar nöqtələrdən biri olmuşdu.
ƏHMƏDİNEJAD MƏSULİYYƏT DAŞIMIR
- Mortazavi Əhmədinejadın adamı deyil. O, ədliyyə sistemindədir və Əhmədinejad qətiyyən bu sistemə nəzarət etmir. Cənab Mortazavini o vəzifəyə Əhmədinejad təyin etməyib. Mən bilmirəm, adamlar niyə bu cür fikrə gəliblər. Cənab Mortazavi hökumətin indi ədliyyə mədəniyyəti və təfəkkürünə uyğun gəlməyən addımlar kimi qiymətləndirdiyi şeyləri edib. Onlar indi Mortazavinin fəaliyyətini tədqiq edirlər. Onun Əhmədinejadla heç bir bağlılığı yoxdur.
Əgər bu doğrudan da Mortazivinin siyasi əlaqələrini göstərərsə, onun İran ədliyyə sisteminin labirint dəhlizlərində qorxu yaradan imicinə son qoyula bilər.
/Tərcümə etdi: Səadət Akifqızı/

Amerika-İran Şurasının prezidenti Huşəng Əmirəhmədi deyir ki, Kəhrizakdakı hadisələr üçün Əhmədinejad məsuliyyət daşımır: