Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:24

Merkel Yanukoviçə media azadlığının vəziyyətindən narahatlığını çatdırıb


Almaniya Kansleri Angela Merkel avqustun 30-da bildirib ki, Berlində səfərdə olan Ukrana prezidentinə açıq şəkildə onun ölkəsində media azadlığının vəziyyətindən narahatlıqları olduğunu deyib.

Yanukoviçin səfəri zamanı ölkələr arasında enerji, təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlıq məslələri müzakirə olunmalıdır.

Yanukoviçin səfəri ərəfəsində beynəlxalq səviyyədə media hüquqlarının müdafiə ilə məşğul olan Sərhədsiz Reportyorlar Təşkilatı Angela Merkelə məktub göndərərək ondan xahiş etmişdi ki, Viktor Yanukoviçlə görüşündə Ukraynada media azadlığına getdikcə artan maneələrdən də bəhs etsin.
XS
SM
MD
LG