Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 02:42

«Azəriqaz» İcra Hakimiyyətinə qarşı


ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi (İB) Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

APA-nın xəbərinə görə, istehsalat birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra hakimiyyətinin borcunu ödəməsini tələb edir. İddiada icra hakimiyyətinin borcu 54 min manat göstərilib.

İddia əsasında məhkəmə prosesinin ilkin hazırlıq iclası sentyabrın 2-də 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə keçiriləcək.
XS
SM
MD
LG