ABŞ prezidenti Barak Obama Luiziana ştatındakı Yeni Orlean şəhərində şəhər sakinləri ilə “Katrina” qasırğasının 5 illiyini qeyd edib. Bu qasırğa ABŞ tarixində ən dağıdıcı qasırğa olub.
Barak Obama sakinlərin şəhərin bərpasında göstərdiyi səyləri yüksək qiymətləndirib, əlavə yardım göstəriləcəyini bildirib.
2005-ci il avqustun 29-da baş verən “Katrina” qasırğası nəticəsində azı 500 adam həlak olmuşdu, yarım milyon adam köçürülmüşdü, şəhərin 80 faizi su altında qalmışdı.