Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Çörək və unun qiymətində artım yoxdur


Taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə çörək və unun qiymətinin gündəlik monitorinq aparılır.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, indiyədək aparılan monitorinqlər zamanı çörək və un qıtlığı müşahidə edilməyib. Çörəyin və unun pərakəndə satış qiymətində artım, habelə çörəyin çəkisində azalma qeydə alınmayıb.

Bundan başqa, iri taxılçılıq subyektlərindən və Dövlət Taxıl Fondundan alınmış məlumatlara əsasən, ölkədə kifayət qədər taxıl, o cümlədən ərzaq buğdası ehtiyatı mövcuddur.

Bağlanmış müqavilələr üzrə ölkəyə buğda idxalı davam edir.
XS
SM
MD
LG