Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 18:08

Tailandlı qadın pələng balasını oyuncaqlar arasında sərhəddən keçirmək istəyib


Tailandın gömrük işçiləri Tehrana uçan tailandlı qadının yük çantasında canlı pələng balası tapıblar.

Çanta pələng oyuncaqları ilə dolu olub, onların arasında isə keyidici dərmanlar verilmiş pələng balası gizlədilibmiş.

31 yaşlı qadın sorğu-suala tutulanda qəti şəkildə bildirib ki, çantasında pələng olmağından xəbərsiz olub. Onun dediyinə görə, ondan xahiş ediblərmiş ki, içində oyuncaq olan çantanı Tehrana çatdırsın.
XS
SM
MD
LG