Azərbaycan Pakistanda baş vermiş təbii fəlakətlə bağlı bu ölkəyə daha 1 milyon dollar məbləğində yardım ayırıb.
Bundan əvvəl də Azərbaycan Pakistana 1 milyon dollar yardım göndərmişdi. ı.
Xarici İşlər Nazirliyinin məlumatına görə, bununla yanaşı, avqustun 27-də Müdafiə Nazirliyi tərəfindən ayrılmış, ümumi çəkisi 40 ton, dəyəri 350 000 manat olan qida məhsulları, geyim və məişətdə istifadə edilən mallarla yüklənmiş təyyarə Pakistana göndərilib.
Bundan başqa avqustun 29-da növbəti təyyarə ilə Fövqəladə Hallar Nazirliyinin ayırdığı 104 834 manat dəyərində olan qida məhsulları, geyim və dərman preparatlarından ibarət yük Pakistana göndəriləcək.