Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Seçki zamanı qanunsuz aksiyaların qarşısı alınacaq


Daxili işlər nazirinin müavini Oruc Zalov deyib ki, seçki zamanı qanunsuz aksiyaların qarşısı alınacaq.

Onun sözlərinə görə, seçki kampaniyası zamanı kütləvi aksiyalar yerli icra orqanlarına xəbərdarlıq edildikdən sonra, həmin qurumların göstərdiyi konkret yerlərdə keçirilə bilər. Qalan bütün hallarda qanunsuz aksiyaların qarşısı alınacaq.

Nazir müavini Bakı şəhərinin müxtəlif yerlərində quraşdırılmış 700 kameradan qanunsuz halların qarşısının alınmasında istifadə olunacağını da açıqlayıb.

XS
SM
MD
LG