Keçid linkləri

Təcili xəbərlər
2021, 26 İyul, Bazar ertəsi, Bakı vaxtı 22:04

Almaniya Serbiyanı Kosovonun müstəqilliyi ilə barışmağa çağırıb


Almaniyanın xarici işlər naziri Qido Vestervelle Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Serbiyaya baş çəkib.

O, ölkə rəhbərliyini Kosovonun müstəqilliyi ilə barışmağa çağırıb.

Vestervelle bildirib ki, Serbiya məsələyə real yanaşmalıdır-Kosovonun müstəqilliyi reallıqdır.

Haaqadakı beynəlxalq məhkəmə ötən ay bəyan elədi ki, Kosovonun 2008-ci ildə müstəqilliyini elan eləməsi beynəlxalq qanunlara zidd deyil.

Serbiya Kosovonu özünün tərkib hissəsi hesab edir.

Vestervelle həmçinin qeyd edib ki, Avropaya qoşulmaq istəyənlər balanslı siyasət yeritməlidir.

Çünki Avropa Birliyi praktik məsələlərin həllində dialoq tələb edir.

Serbiya üzvlüklə bağlı ötən il Avropa Birliyinə ərizə verib.

Vestervellenin günün sonunda Bosniyaya, sabah isə Kosovoya gedəcəyi gözlənilir.
XS
SM
MD
LG