Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

Yanğınlar Rusiyaya 300 milyard dollardən çox ziyan vurub


Ekoloqlar hesab edirlər ki, Rusiyada meşə yanğınları ölkəyə 300 milyard dollardan çox ziyan vurub.

Təbiətin mühavizəsi mərkəzinin baş direktoru Aleksey Zimenko bildirib ki, bu rəqəm yalnız meşələrə aiddir, ölkəyə iqtisadiyyatına dəyən real ziyan isə dəfələrlə çoxdur.

Ekoloqların fikrincə ziyanın bu qədər böyük olması, dövlət meşəçilik idarəsi sisteminin olmamasıdır.

Bu il istilərə görə, Rusiyada 29 mindən çox meşə yanğını baş verib.

Ümumilikdə 900 min hektardan çox ərazini, o cümlədən 60-dan çox milli parkı əhatə edən yanğınlarda 53 adam ölüb, 2500 ev yanıb.
XS
SM
MD
LG