Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:46

Azərbaycandan Ohanyana cavab


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu
«Ermənistanın müdafiə naziri Seyran Ohanyanın özünü artıq Rusiya Müdafiə Nazirliyinin idarə rəisi kimi aparması gülüncdür».

Bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyanın «Rusiya təhlükənin hardan gəlməsindən asılı olmayaraq Ermənistanın təhlükəsizliyini təmin edəcək» kimi bəyanatına cavab olaraq ANS TV-yə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.

«İndi Seyran Ohanyan bəyan edir ki, əgər Dağlıq Qarabağa həmlə edilərsə, bunun qarşısı alınacaq. Özünü artıq Rusiya Müdafiə Nazirliyinin idarə rəisi kimi aparır, bu, gülüncdür. Torpaq bizimdir, işğal olunub. Nəyin bahasına olursa-olsun, erməni separatçıları oradan çıxarılmalıdır. Bu əməkdaşlıq sazişi 2 dövlət arasında imzalanıb, özləri bilər. Bu protokol Azərbaycan Ordusunu nə çəkindirir, nə də onu dayandıra bilər. Belə olan şəraitdə Azərbaycan Ordusu nə üçün öz imkanlarını məhdudlaşdırmalıdır? Biz isə əksinə baxırıq. Belə bir şəraitdə Azərbaycan öz Milli Ordusunu məcburi qaydada müasir silahlarla silahlandırmalıdır», - deyə Eldar Sabiroğlu bildirib.
XS
SM
MD
LG