Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:19

Havanın temperaturunun artacaq


Qarşıdakı günlərdə Azərbaycanda havanın temperaturunun artacağı gözlənilir.

Sinoptiklərin məlumatına görə, avqustun 28-dək ölkə ərazisinddə qeyri-sabit hava şəraiti proqnozlaşdırılır, axşam və gecə saatlarında bəzi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Gündüz Bakı və Abşeron yarımadasında temperatur, təxminən, 31-34 dərəcə, aran rayonlarında 30-35 dərəcə, ölkənin dağlıq rayonlarında isə 17-22 dərəcə təşkil edəcək.

İstirahət günləri paytaxtda temperatur 35-37, aran rayonlarında 38, dağlıq rayonlarda isə 25 dərəcəyə qədər yüksələ bilər.
XS
SM
MD
LG