Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:00

Avropa Komissiyası Fransa hökumətinin hərəkətini araşdırır


Avropa Komissiyası Bolqarıstan və Rumınyadan olan Romaların Fransadan deportasiya edilməsindən narahatlıq bildirib.

Komissiyanın ədliyyə məsələləri üzrə nümayəndəsi Vivian Redinq bildirib ki, onun idarəsi Fransa hökumətinin bu hərəkətinin Avropa Birliyinin normalarına uyğun olub-olmamasını araşdıracaq.

Son ay ərzində Fransadan 700-ə yaxın Roma deportasiya edilib.

Fransa prezidenti Nikole Sarkozi bundan əvvəl bəyan eləmişdi ki, onlar ictimai təhlükəsizliyə əngəl ola bilərlər.

Bir sıra hüquq müdafiə təşkilatları Fransa hökumətinin bu addımını tənqid ediblər.

XS
SM
MD
LG