Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:12

Üzeyir bəy haqda yeni film çəkilib


Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik filmdə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin obrazını canlandırıb.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunan “Əbədi iftixarımız” bədii-sənədli televiziya filmi Üzeyir Hacıbəylinin 125 illik yubileyi ərəfəsində təqdim olunacaq.

Filmin quruluşçu rejissoru Tahirə Hüseynovadır.

3 aya çəkilmiş filmdə Üzeyir bəyin həyatının maraqlı anlarına toxunulub.

Çəkilişlər Şirvanşahlar Sarayı Kompleksi və Üzeyir Hacıbəylinin Ev Muzeyində aparılıb.
XS
SM
MD
LG