Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:09

Sahibkarın malı gömrükdən buraxılmır


Sahibkar Bədrəddin Quliyevin Türkiyədən gətirdiyi 7 maşın yük avqustun 18-dən Gömrükdən buraxılmır.

Onun AzadlıqRadiosuna dediyinə görə, sənədlərin qaydasında olmasına və bütün rüsümların ödənilməsinə baxmayaraq Sumqayıt Gömrük İdarəsi maşınları buraxmır.

Bədrəddin Quliyev deyir ki, İdarədə ona deyiblər ki, malın buraxılmamasının səbəbi onlara yuxarılardan verilən tapşırıqla bağlıdır.

Məsələyə aydınlıq gətirmək üçün sahibkar dəfələrlə Dövlət Gömrük Komitəsində olsa da onu qəbul edən olmayıb.

Sahibkar deyir ki, ona məxsus malın buraxılmaması son vaxtlar onun aktiv siyasi fəaliyyətə başlaması ilə bağlıdır.

Sumqayıt Gömrük İdarəsinin əməkdaşı isə AzadlıqRadiosunun suallarına cavab verməyib.
Sahibkar yaranmış vəziyyətlə bağlı prezidentə müraciət etmək fikrindədir.
XS
SM
MD
LG