Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 03:40

Qazaxda «Akkord»a qarşı etiraz aksiyası keçirilib


Avqustun 25-də Qazaxda tikilən sement zavodunun işçiləri etiraz aksiyası keçirib. Onlar iki aydır əmək haqqı almamalarına etiraz edirlər.

«Akkord» Şirkətlər Qrupu tərəfindən inşa olunan zavodun 150-yə yaxın işçisi zavodda işi dayandırıb:

«Çox haqsızlıq edirlər Türkiyədən gəlib burda 1000 manat 1500 manat pul alırlar. Bizi gündə 11 saat işlədib, günümüzə 10-12 manat verirlər. Onu da ki, iki aydır gecikdirirlər».

«Bu gün biz 150 nəfər işçi kollektiv şəkildə işi dayandırmışıq. Pulumuzu haqqımızı tələb edirik. İki aydır maaşımızı almırıq, 150 nəfər kollektiv şəkildə işi dayandırmışıq. Müdiriyyət də deyir ki, nə vaxt pul olacaq onda da pullarınız veriləcək».

«Akkord» Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva deyir ki, onlar məsələni araşdıracaqlar.

«Elə bir məlumat yoxdur. Birinci dəfədir sizdən eşidirəm. Bizdə hər ay vaxtlı-vaxtında maaşlar alınır, heç bir gecikmə yoxdur. İndi mən araşdıraram görüm nə məsələdir».

İllik gücü 1 milyon ton olacaq sement zavodunun inşasına 2007-ci ildə başlanılıb.
XS
SM
MD
LG