Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:24

«KİV-in seçkidə iştirakı xüsusi diqqət mərkəzindədir»


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkilərin aşkar, demokratik, şəffaf keçirilməsi üçün hər zaman KİV-in seçkidə iştirakının xüsusi diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

«Noyabr ayında keçiriləcək parlament seçkilərində MSK fəaliyyətini müxtəlif istiqamətlərdə aparır. Amma KİV-in seçkilərdə iştirakı, MSK-nın və digər seçki subyektləri ilə əlaqələrin qurulması əsas diqqət mərkəzindədir».

M.Pənahov bildirib ki, KİV nümayəndələrinin istədikləri məntəqələrdə səsvermənin gedişini, komissiyaların işini maneəsiz və müstəqil şəkildə izləmələri üçün bütün şərait yaradılıb.
XS
SM
MD
LG