Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:26

Əli Əhmədov Medvedevi gözləyir


Əli Əhmədov
Əli Əhmədov
«Ermənistanla Rusiya arasında imzalanan hərbi protokol Cənubi Qafqazda hərbi-siyasi balansın ciddi şəkildə pozulmasına gətirib çıxarır».

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Həsənov Ermənistan və Rusiya arasında Gümrüdəki hərbi bazanın müddətinin uzadılmasına dair müqaviləyə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş Rusiyanın tərəflərdən biri ilə belə müqavilə imzalaması bu missiyanın qərəzsiz şəkildə həyata keçirilməsinə ciddi şübhələr yaradır:

«Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesinə mənfi təsir göstərməyəcəyini bəyan edən Rusiyanın rəsmi dairələrinə müəyyən müddətə qədər inanacağıq. Amma Rusiya prezidentinin payızda Azərbaycana nəzərdə tutulan səfərinin nəticələrini mütləq gözləmək lazımdır. Bu səfərdən Azərbaycan tərəfi balans yaradılması və münasibətin aydın şəkildə ortaya qoyulmasını gözləyir».

Hakim partiyanın rəsmisi bu müqaviləni neytrallaşdırmaq üçün Naxçıvanda Türkiyə hərbi bazasının yerləşdiriləcəyinə dair məlumatlara da münasibət bildirib:

«Naxçıvanın təhlükəsizliyinin təmin olunması müvafiq müqavilələrlə Türkiyənin səlahiyyətlərinə daxildir. Türkiyə üzərinə düşən vəzifələri yerinə yetirir və yetirəcək».

Əli Əhmədov deyib ki, hərbi-siyasi balansın pozulacağı təqdirdə bütün müvafiq tədbirlər həyata keçiriləcək. O, bütövlükdə Cənubi Qafqazda hərbi-siyasi balansın təmin edilməsi üçün digər formatların axtarılmasına ehtiyac olduğunu vurğulayıb.
XS
SM
MD
LG