Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:27

Əli Həsənov: «Azərbaycanda bloggerlər jurnalist hesab olunmur»


Prezident Administrasiyasının ictimai əlaqələr şöbəsinin müdiri Əli Həsənov həbsdə olan bloggerlərlə bağlı suala cavab verərkən belə deyib:

«Dünyada nə qədər kompyuterə malik insan varsa, bir o qədər də blogger var. Nəzəri cəhətdən bu belədir. Amma hər bir bloggeri jurnalist kimi təsnif etmək, jurnalist etikasını, jurnalistin vəzifəsini onlara aid etmək düzgün deyil. Ona görə də biz Azərbaycanda bloggerlərin işinə jurnalist məsələsi kimi baxmırıq».

Əli Həsənov jurnalist Eynulla Fətullayevla bağlı məhkəmə prosesi getdiyindən bu məsələyə münasibət bildirməyi məqbul hesab etməyib.
XS
SM
MD
LG