Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Meksikalı dünya gözəli


Jimena Navarrete
Jimena Navarrete
ABŞ-ın Las-Veqas şəhərində keçirilən «Dünya gözəli – 2010» müsabiqəsində meksikalı Jimena Navarrete qalib gəlib.

O, Meksikanın Qvadalaxara şəhərində anadan olub və 22 yaşı var.

İkinci yeri Yamaykadan olan Yendi Phillipps, üçüncü yeri isə Avstraliyadan olan Jesinta Campbell tutub.

Müsabiqədə 83 ölkənin nümayəndəsi iştirak edib.

2009 və 2008-ci illərdə isə qalib Venesuela nümayəndəsi olmuşdu.

Növbəti müsabiqənin keçirilmə yeri hələ ki məlum deyil. Namizəd şəhərin seçilmə şərti orada müsabiqənin keçirilməsi üçün münasib şəraitin olmasıdır.
XS
SM
MD
LG