Filippin prezidenti Benino Akino bildirib ki, hakimiyyət Manilada sərnişin avtobusunun girov götürülməsi ilə bağlı keçirilmiş əməliyyatı ətraflı araşdırır.
Avqustun 23-də keçmiş polis əməkdaşının girov götürdüyü 25 avtobus sərnişindən 8-i keçirilmiş əməliyyat zamanı həlak olub. Onlar Honk-Konqdan olan turistlər idi. Onları girov götürmüş şəxs də öldürülüb. O snayperlə vurulub.
Azad olmuş girovlardan bir neçəsi yaralıdır, onlardan birinin vəziyyəti isə ağırdır. Əməliyyatdan əvvəl isə girovlardan 9-u azad edilmişdi.