Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:52

Vaşinqtonda Pakistandakı iqtisadi vəziyyət müzakirə olunacaq


Vaşinqtonda Beynəlxalq Valyuta Fondu ilə Pakistan rəsmiləri arasında görüş gözlənilir.

Danışıqlar zamanı ölkədəki iqtisadi vəziyyət, mümkün yardım müzakirə olunacaq.

Son bir neçə həftədir ki, Pakistanda baş verən daşqınlar nəticəsində təxminən 20 milyon adama ziyan dəyib.

Hakim dairələr ölkənin cənubunda yerləşən Sind əyalətindəki 23 rayondan 18-də vəziyyətin ağır olduğunu xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı təbii fəlakət zonalarında epidemiya təhlükəsindən narahatdır.

Pakistan hökuməti belə ağır iqtisadi dövrdə ölkəyə göstərilən yardımlara görə, beynəlxalq aləmə təşəkkürünü bildirib.

İslamabad indiyədək ölkəyə 800 milyon dollardan çox yardım edildiyini deyir.
XS
SM
MD
LG