Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:53

Türkan sakini məsçidin həyətində qətlə yetirilib


Bakının Xəzər rayonunda qətl hadisəsi törədilib.

APA-nın Xəzər rayon Polis İdarəsinə istinadla verdiyi məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Türkan qəsəbəsindəki məscidin həyətində baş verib.

Qəsəbə sakini Ceyhun Quliyev həmyerlisi Eldar Məmmədovu bıçaqlayıb və nəticədə o, aldığı çoxsaylı bıçaq yaralarından hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.
Faktla bağlı cinayət işi qaldırılıb.
XS
SM
MD
LG