Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:46

Gənclər seçkini gözləmir


Gənclərin forumu - 23 avqust 2010
Gənclərin forumu - 23 avqust 2010
Avqustun 23-də ADP qərargahında yüzə yaxın müxalif və bitərəf gəncin iştirakı ilə AXCP və Müsavatın birləşməsinə həsr olunmuş forum keçirilib.

AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin də qatıldığı forumun məqsədi partiyaların birləşməsi üçün hər iki təşkilatın rəhbərliyinə təsir göstərmək olub.

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı bildirib ki, onun təmsil olunduğu partiya ilə Müsavat btrləşmək məsələsini parlament seçkisindən sonraya saxlasalar da gənclər bu addımı daha tez atmaq istəyirlər.

“Biz istəyirik ki, günü sabahdan cəbhəçi, müsavatçı və bitərəf gənclərdən ibarət təşkilatı qurum yaradılsın və onlar partiya və müstəqil gənclərin birləşməsi yönündə işə başlasınlar” –deyə Əbülfəz Qurbanlı bildirib.

Tədbirin təşkilatçılarından biri Rəşadət Axundov isə deyib ki, bu birləşmə ölkədə gənclərin fəallaşmasına və bir araya gəlməsi üçün təkan ola bilər.

Bölgələrdən də gənclərin təmsil olunduğu tədbirdə hər hansı sənəd qəbul olunmayıb.
XS
SM
MD
LG