Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:13

17 gündür ki, yerin altında qalan şaxtaçılar sağdır


Çilidə 17 gündür ki, yerin altında qalmış mədənçilər sağdırlar.

Bunu ölkə prezidenti Sebastiyan Pinera bildirib.

17 gün bundan əvvəl Kopyapo şəhərinin yaxınlığındakı qızıl və mis mədənində qəza baş verib.

Xilasedicilər şaxtaya zond sallayıblar və bazar günü mədənçilərdən məktub alıblar.

Məktubda xüsusi bunkerdə olan 33 şaxtaçının hamısının sağ olduqları bildirilir.

Mütəxəssislər hesab edirlər ki, xilasedici əməliyyatlar həftələrlə vaxt apara bilər.

Bu müddət ərzində şaxtaçılara su, yemək, oksigen və avadanlıqlar göndəriləcək.
XS
SM
MD
LG