Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:43

Futbolçu polis bölməsinə çağırılıb


“Bakı” futbol klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov , "Komanda" qəzetinin müxbiri Rəşad Elgünün şikayəti əsasında avqustun 23-də Nəsimi rayon polis idarəsinin 20-ci bölməsinə çağırılıb. Futbolçunun AzadlıqRadiosina verdiyi məlumata görə, o, polis bölməsində avqustun 22-də baş verən hadisə ilə bağlı izahat verib.

Mahmud Qurbanov “Komanda” qəzetinin redaksiyasında olduğunu, jurnalist Rəşad Elgünlə mübahisə edib dalaşdığını etiraf eləsə də redaksiya avadanlıqlarının qırılması ilə bağlı məlumatları təkzib edib. Baş vermiş hadisə ilə bağlı Mahmud Qurbanova oynadığı “Bakı” futbol klubundan da xəbərdarlıq edilib.

“Komanda” qəzetinin müxbiri Rəşad Elgünün avqustun 22-də mətbuata verdiyi məlumata görə, futbolçu Mahmud Qurbanov qəzetinin redaksiyasına hücum edib, redaksiyadakı komputerlərin bir neçəsini və qab-qacağı sındırıb, qəzetin əməkdaşlarına fiziki təzyiq göstərib və onları döyməyə çalışıb.
XS
SM
MD
LG