Filippinin paytaxtı Manilada keçmiş polis əməkdaşının girov götürdüyü avtobus sərnişinlərindən 10-a yaxın adam hələ də girovluqda qalır. Qalanları isə azad olunub.
Keçmiş polis əməkdaşı 25 adam olduğu avtobusu girov götürmüşdü. O polisdə əvvəlki işinə bərpa olunmasını tələb edir.
Polis digər sərnişinlərin azad olunması üçün silahlı şəxslə danışıqları davam etdirir.