Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 16:23

Dağıstanda daha bir partlayış olub


Dağıstanda daha bir maşın partladılıb. Qarabudaqkənd rayonunun Qubden kəndi yaxınlığında partladılmış maşından iki nəfərin cəsədi tapılıb. Partlayıcı maşının içinə qoyulubmuş.

Dağıstanın Tarumovsk rayonunda isə avtomaşının partladılması nəticəsində bir nəfər ölüb, biri ağır yaralanmışdı.

Gizlər rayonunda isə bu səhər merin müavini Vasili Naumiçkinə qarşı sui-qəsd olub. O ağır yaralanıb.

Ötən gecə Dağıstanın Dərbənd şəhərində milis postu atəşə tutulub. Milislər zərər çəkməsə də güllələrdən bir neçəsi qonşuluqdakı evə düşüb. Gənc qadın və 5 yaşlı uşaq yaralanıb.

XS
SM
MD
LG