Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:18

Ədliyyə mayoru qətl törədib


Avqustun 22-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı, ədliyyə mayoru 35 yaşlı Habil Bayramov Biləcəri Enerji Təchizatı İdarəsinin rəisi, 52 yaşlı İsmayıl Allahverdiyevi 54 bıçaq zərbəsi ilə evindəcə qətlə yetirib. Ona yaxın tanışı, 36 yaşlı Faiq Yəhyayev kömək edib. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Qətlə yetirilənin səsinə qonşuluqda yaşayan yaxın qohumları gəlib. İ. Allahverdiyevin evinə daxil olmaq istəyən yaxınları məcbur olub qapını sındırıblar. Bu zaman hadisə iştirakçılarından biri, H. Bayramov qaçmaq məqsədi ilə özünü beşinci mərtəbədən atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F. Yəhyayev isə cinayət başında yaxalanıb.

Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
XS
SM
MD
LG