Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 00:53

Pakistana 800 milyon dollar yardım olunub


Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi sel fəlakətindən zərər çəkmiş pakistanlılara yardıma görə beynəlxalq aləmə minnətdarlığını bildirib. Nazir deyib ki, Pakistana 800 milyon dollar yardım edilib.

Yeni daşqınlar hazırda Pakistanın cənub rayonları üçün təhlükə yaradıb. Sind əyalətində on minlərlə adam evlərindən köçürülüb.

Sel fəlakətindən indiyə qədər Pakistanda 1600-ə yaxın adam həlak olub, seldən ümumilikdə 20 milyon insan ziyan çəkib.

XS
SM
MD
LG