Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:46

Elçibəyin vəfatından 10 il ötür


Avqustun 22-i milli azadlıq hərəkatının lideri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatının 10-cu ildönümüdür.

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

Əbülfəz Elçibəy 80-ci illərin sonundan başlanan azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin ilk sədri olub. O, 1992-ci ildə Azərbaycanın prezidenti seçilib, 1993-cü ildə hərbi-siyasi qiyamla devrilib.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyənin paytaxtı Ankarada vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.
XS
SM
MD
LG