Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:26

Kürdə daha bir körpü qəzalı vəziyyətə düşüb


Sabirabadın Surra kəndi ərazisində Kür çayı üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

APA-nın məlumatına görə, Şirvan və Sabirabadı birləşdirən körpüdə yük maşınlarının hərəkəti məhdudlaşdırıldıqdan sonra alternativ yol kimi istifadə olunan Surra körpüsü qəzalı vəziyyətə düşüb.

Dəmir-beton plitələri yararsız hala düşən körpünün bu günlərdə təmir üçün bağlanılacağı gözlənilir.

Artıq rayon yol istismarı idarəsi körpüyə texnika göndərib.

Bu körpüylə maşınlar Sabirabadın Surra-Padarçöl kəndlərini keçərək, Bakı-Qazax magistralına çıxır.
XS
SM
MD
LG