Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Pakistana 500 milyona yaxın yardım yığılıb


BMT-nin baş katibi Ban Kİ Mun Pakistana 500 milyon dolaradək yardım yığmış dünya ölkələri və beynəlxalq təşkilatlara təşəkkürünü bildirib.

Amma Ban Ki Mun yardımları davam etdirməyə çağırıb.

Yaxın vaxtlarda Pakistana daha 320 milyon dollarardan artıq yardım toplanacağı gözlənilir.

Pakistana ən çox Birləşmiş Ştatlar yardım göstərir- 150 milyon dollar.

Həmçinin Pakistan uzun illərdir ki, münasibətlərin gərgin olmasına baxmayaraq Hindistandan 5 milyon dollar məbləğində yardım qəbul edib.

Pakistanda baş verən daşqınlarda 1600-dən çox adam ölüb, milyonlarla adam evsiz qalıb.
XS
SM
MD
LG