Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

Sankt-Peterburqda elektrik kəsilib


Avqustun 20-də Rusiyanın ikinci böyük şəhəri olan Sankt-Peterburqda elektrik qəflətən kəsilib. Rusiya mediası şəhərin mərkəzinə və metroya elektrik verilməsinin dayandığını bildirir. Buna görə trolleybuslar da yolun ortasında qalıblar.

Elektrik olmadığı müddəftdə su təchizatı da dayanıb.

Amma şəhərdəki Pulkovo hava limanı normal işləyib.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi qəzanın səbəbi kimi elektrik stansiyalarından birinin sıradan çıxmasını, bunun da digər stansiyaların da şəbəkədən ayrılmasını göstərib.

Məlumata görə, axşam saatlarında şəhərin elektrik kəsilən yeddi rayonundan dördündə qəza aradan qaldırlıb.
XS
SM
MD
LG