Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 22:13

Rüşvət almaq ittihamı ilə zabiti 15 il həbs və 400 min cərimə gözləyir


ABŞ-da prokurorlar rüşvət almaqda ittiham edilən zabitə 15 il azadlıqdanməhrumetmə cəzası tələb edirlər. İttihama görə 27 yaşlı Michael Dugger Əfqanıstanda dəyəri bir milyon dollardan yuxarı yanacaq müqaviləsini bir təşkilata verib. Əvəzində də həmin təşkilatdan 400 min dollar geri alıb.

Prokurorlar onun 15 il həbsi ilə yanaşı, həm də rüşvət kimi alınmış pulun dövlətə qaytarılmasını tələb edirlər.

Michael Dugger keçən ilin noyabrında həbs edilib. Onunla birlikdə keçmiş zabit həmkarı da bu işdə ittiham edilənlər sırasındadır.

XS
SM
MD
LG