Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:35

İsrail və Fələstin ABŞ-a sülh danışıqlarına dəvət edilib


ABŞ Dövlət Katibi Hillari Klinton avqustun 20-də elan edib ki, İsrail və Fələstin rəhbərlərini birbaşa sülh danışıqlarını bərpa etmək üçün Vaşinqtona dəvət ediblər.

Dövlət katibi bildirib ki, müzakirələr prezident Barak Obamanın iştirakı ilə sentyabrın 2-də keçiriləcək. Müzakirələrə İordaniya kralı, Misirin prezidenti və BMT-nin Yaxın Şərq üzrə xüsusi elçisi Toni Bleyer də dəvət edilib.

ABŞ, Avropa Birliyi, Rusiya və BMT da sülh danışıqlarının bərpa olunmasına birgə çağırış ediblər.

ABŞ rəsmiləri budəfəki müzakirələrdə də əsas mövzu sərhədin, Fələstin qaçqınlarının və Yürusəlimin (Qüdsün) son statusunun müəyyən edilməsidir.
XS
SM
MD
LG