Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

ATƏT Yanukoviçin itmiş jurnalistin tapılması yönündə cəhdlərini alqışlayır


Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT Ukrayna prezidenti Viktor Yanukoviçin itmiş jurnalistin tapılması prosesini şəxsi nəzarətə götürməsi barədə qərarını alqışlayır. Təşkilatın Media Azadlığı üzrə Nümayəndəsi Dunja Mijatovic avqustun 20-də bildirib ki, prezideentin nəzarəti altında bu işin sürətlə və şəffaf şəkildə araşdırılacağına əmindir.

Ukraynanın şimalında Xarkov şəhərində çap olunan bir həftəlik qəzetin baş redaktoru Vasıl Klımentıev bu ayın əvvəlində itkin düşüb. Onun qəzeti daha çox araşdırmalarla məşğul olduğundan həmkarları bu hadisəni jurnalistin peşə fəaliyyəti ilə bağlayırlar.
XS
SM
MD
LG