Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Tam siyahı gələn həftə açıqlana bilər


Musavat Partiyasının başqa İsa Qəmbər (solda) və AXCP-nin sədri Əli Kərimli, 24 iyun 2004
Musavat Partiyasının başqa İsa Qəmbər (solda) və AXCP-nin sədri Əli Kərimli, 24 iyun 2004
«Gələn həftə AXCP ilə Müsavat Partiyası parlament seçkilərilə bağlı namizədlərin tam siyahısını açıqlaya bilər».

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, mətbuatda iki partiya arasında 70 seçki dairəsində razılığa gəlinməsi ilə bağlı açıqlanan siyahının bəzi istisnalarla doğru olduğunu bildirib.

F.Qəhrəmanlıya görə, iki partiya arasında son nəticə ilə bağlı razılıq olmadığından yekun siyahı açıqlanmır:

«Tam razılıq əldə edilməyənə qədər bütün razılaşmalar layihə xarakteri daşıyır. Hər şey razılaşdırılandan sonra yekun nəticə açıqlanacaq».

Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı da yekun siyahının gələn həftənin sonunda açıqlanmasının mümkün olduğunu bildirib. O deyib ki, ölkə üzrə 125 seçki dairəsinin 100-də birgə namizədləri razılaşdırmaq fikrindədirlər.

Hə iki partiya bəzi dairələrdə namizədlərin razılaşdırılması ilə bağlı problemlərin olduğunu etiraf edir. AXCP sədri Əli Kərimli AzadlıqRadiosunun «İşdən sonra» verilişində problemin ciddi olduğunu deyib. Onun sözlərinə görə, elə dairələr var ki, orda tanınmış namizədlər toqquşurlar. Ə.Kərimli təəssüflə belə dairələrin çox olduğunu bildirib.

Müsavat başqanı İsa Qəmbər isə məsələnin mətbuat vasitəsi ilə deyil, masa arxasında həll olunmalı olduğunu bildirib.

Parlament seçkiləri prosesinə start verilməsinə 18 gün vaxt qalıb. Namizədlər həmin tarixə qədər müəyyən olunmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG