Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Britaniyalı deputat Azərbaycanda arzuolunmaz şəxs élan oluna bilər


Britaniyalı deputat Steven Pound Azərbaycanın Xarici İşlər Nazirliyinin «qara siyahı»sına düşə bilər. Buna səbəb Poundun qeyri-leqal yolla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa səfər etməsidir.

Xarici İşlər Naziriliyinin (XİN) sözçüsü Elxan Poluxov AzadliqRadiosuna deyib ki, Ermənistan mətbuatının britaniyalı deputatın səfəri ilə bağlı yaydığı məlumatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyi araşdırır.

XİN rəsmisinə görə, əgər britaniyalı deputatın Dağlıq Qarabağa səfəri barədə məlumatlar təsdiqini taparsa, onda nazirlik Steven Poundu Azərbaycanda arzuolunmaz şəxs élan edəcək.

Ermənistan mətbuatının yazdığına görə, Steven Pound səfər çərçivəsində separatçı rejimin Milli Assambleyasının rəhbəri Aşot Gulyanla görüşüb.
XS
SM
MD
LG