Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:02

BMT Pakistana yardımı gecikdirməməyə çağırır


BMT-də Pakistana beynəlxalq yardımın artırılması üçün fövqəladə sessiya keçirilib. Pakistandan qayıdan BMT Baş katibi Pan Ki Mun bu ölkədəki daşqınları «yavaş irəliləyən sunami» adlandırıb.

O, dünya ictimaiyyətini Pakistana yardım ayırmaq vədlərini uzatmamağa çağırıb.

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi bildirib ki, ölkəsinin ehtiyacı olan zaman yardım ala bilməməsindən ekstremistlər yararlana bilər.

ABŞ Dövlət katibi Hillari Klinton Pakistana ölkəsinin ayırdığı vəsaiti 60 milyon dollar artırdığını elan edib. Beləliklə Birləşmiş Ştatlar dağıdıcı daşqına görə İslamabada 150 milyon dollar humanitar yardım ayıracağını deyib.

BMT bildirir ki, 3 həftə davam edən daşqınlarda 4 milyondan çox insan evsiz qalıb. 1600-ə yaxın adam ölüb. Daşqınlar 20 milyona yaxın insana təsir edib.
XS
SM
MD
LG